ONN İnformasiya Agentliyi

Ən çox yayılan beyin problemi – Miqrendən necə qurtulmaq olar?

Ən çox yayılan beyin problemi – Miqrendən necə qurtulmaq olar?
04 Avqust 2019 - 14:19

İyulun 22-si Ümumdünya Beyin Günü kimi qeyd olunur. Bu günlə bağlı yayılan məlumatlarda ən geniş yayılan baş, beyin probleminin miqren olduğu vurğulanır.

Türkiyənin nevrologiya uzmanları açıqlamalarında miqren və onun müalicəsi barədə danışıblar. Qeyd olunub ki, baş ağrılarının əsas səbəblərindən biri miqrendir. Məlumatlara görə, hər beş qadından, hər on kişidən biri miqrendən əziyyət çəkir. Miqren insanların həyat keyfiyyətinə təsir edir.

Miqren baş ağrısını digər ağrılardan neçə fərqləndirmək olar?

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, miqren ağrısı başın bir tərəfindən başlayır. Zonqlayıcı tərzdə olan ağrı saatlarla davam edir. Ürəkbulanma, gündəlik işlərə mane olan, şiddətli baş ağrısı, işığa, səsə qarşı dözümsüzlük miqrenin əsas əlamətləri sayılır. Bildirilir ki, stress, depressiya, hamiləlik, menopauza öncəsi hal, çox parlaq işıq, çirkli, isti hava, atmosferdə, havada olan dəyişkənliklər miqren ağrılarının baş qaldırmasına səbəb olur. Fermentli qidalar, şokolad, quru meyvələr, balıq, alkoqol, kofeinli içkilər, gün ərzində az maye qəbulu miqren tutmalarını şiddətləndirə bilər.

Mütəxəssislər miqrenin müalicə olunan xəstəlik olduğunu deyiblər. Bunun üçün sadəcə, insanlar xəstəlik haqda maariflənməli, həyat tərzlərini dəyişməli, tutmalar zamanı düzgün dərman istifadə etməli, kəskin tutmaların qarşısını almaq üçün öncədən tədbir görülməlidir.

Xroniki miqrenin müalicəsində isə ən yaxşı metod botulino terapiya (botoks) sayılır.

Qeyd olunub ki, bu metodla müalicə olunan xroniki miqren xəstələrinin təxminən 83 faizində yaxşı nəticə qeydə alınıb. Bu müalicəni alanlarda miqrenin tutma sıxlığı və şiddəti əhəmiyyətli dərəcədə azalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png