ONN İnformasiya Agentliyi

Ağ turp hansı xəstəlikləri MÜALİCƏ EDİR?

Ağ turp hansı xəstəlikləri MÜALİCƏ EDİR?
06 Noyabr 2019 - 2:36

Turp öskürək və bronxit zamanı yaxşı kömək edir – nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır

Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.

Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.

ONN media verir ki, fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.

Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq mikroflorasının yaxşılaşmasına kömək edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png