ONN İnformasiya Agentliyi

Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər

Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
19 Sentyabr 2020 - 2:58

ABŞ alimləri müəyyən ediblər ki, koronavirus səthdən (üzdən) deyil, əsasən hava aerozolları vasitəsilə ötürülür.

ONN media xəbər verir ki, bu barədə “Annals of Internal Medicine” jurnalında dərc edilmiş məqalədə deyilir.

“Hallar (koronavirusa yoluxma-red) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının ötürülməsinin üstünlük təşkil etdiyini və virusa yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülmənin əsas amillərindən olduğunu göstərir”, -məqalədə deyilir.

Qeyd edilir ki, ən çox koronavirus hissəcikləri birinci simptomların yaranmasına (meydana çıxmasına) qədər bir gün əvvəl yoluxanlarda müşahidə olunur. Sonrakı bir həftə ərzində onların sayı tədricən azalır.Alimlər bu nəticəyə gəliblər ki, xəstəliyin erkən mərhələdə olduğu insanlar yoluxuculuq nöqteyi-nəzərindən ən təhlükəlidir.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png