ONN İnformasiya Agentliyi

Almaniyadan peyvəndlə bağlı ŞAD XƏBƏR

Almaniyadan peyvəndlə bağlı ŞAD XƏBƏR
04 Avqust 2020 - 10:49

Almaniyada peyvənd və dərmanlara lisenziya vermək səlahiyyəti olan Paul-Erlix İnstitutunun prezidenti Klaus Ciçutek COVİD-19 xəstəliyinə qarşı bir peyvəndin nisbətən sürətli şəkildə hazır olacağına ümid bəslədiyini deyib.

ONN media xəbər verir ki, ZDF telekanalına açıqlama verən Ciçutek son həftələrdə keçirilən ilk kliniki sınaqlarda bəzi peyvəndlərin COVİD-19-a qarşı insanlarda spesifik bir immunitet reaksiyası verə biləcəyini göstərdiyini deyib. İnstitut prezidenti bunu çox yaxşı xəbər kimi dəyərləndirib.

“Dünya miqyasında bu sahədə 140-150 layihə həyata keçirilir. Almaniyada hazırda 26 kliniki layihə analiz mərhələsindədir. Bunların 6-da peyvəndin insanlar üçün etibarlı olub-olmadığı və təsirinə dair bilgilərin toplanıldığı mərhələ keçirilir. Nəticələr ilin sonuna qədər, bəlkə, daha əvvəl də əldə oluna bilər”, o vurğulayıb.

Ciçutek qeyd edib ki, erkən mərhələdə peyvəndin böyük qruplara inyeksiya edilməsi yaxşı fikir deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png