ONN İnformasiya Agentliyi

Arıqlamağın düşməni tapıldı

Arıqlamağın düşməni tapıldı
07 İyul 2019 - 2:42

Yatmaqla bağlı problemləri olan artıq çəkiyə malik insanlar doyunca yata bilən insanlarla müqayisədə daha az arıqlayır.

ONN media xəbər verir ki, bu qənaətə beynəlxalq mütəxəssislərin apardığı araşdırma nəticəsində gəlinib.

Mütəxəssislər araşdırma apararkən iki mindən çox insanın məlumatını təhlil ediblər. Həmin insanlar il ərzində çəkilərini azaltmaq üçün ciddi rejimə əməl ediblər. Bura pəhriz, məşqlər və psixoloqla iş daxildir.

Onlar paralel olaraq yuxu rejimləri barədə məlumat veriblər. Nəticədə məlum olub ki, yuxu rejiminə əməl etməyənlər qrafikə uyğun yatanlarla müqayisədə daha az çəki itiriblər.

Alimlər qeyd edirlər ki, altı saatdan az yatan insanlar piylənmədən daha çətin xilas olurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, kifayət qədər yatmayanda insan bədəni xeyli yüklənmə hiss edir və nəticədə bütün orqanlar əziyyət çəkir.

Belə şəraitdə orqanizm resursları toplamaq rejiminə keçir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png