ONN İnformasiya Agentliyi

Arıqlamaq istəyənlər üçün mükəmməl məsləhət – darçınlı və ballı su içsəniz ….

Arıqlamaq istəyənlər üçün mükəmməl məsləhət – darçınlı və ballı su içsəniz ….
10 Noyabr 2017 - 1:22

Alimlərin araşdırmaları göstərib ki, darçınlı və ballı su bir gecə ərzində piyləri yandırmağa kömək edən çox güclü vasitədir.

ONN media bu yazıda oxucuları arıqlamağa kömək edən ballı darçınlı suyunun resepti ilə tanış edir:

Bal dünyada ən sağlam məhsullardan biridir. Əsrlərdir ki, insanlar baldan müalicə vasitəsi kimi faydalanırlar.

Darçın da bir çox müalicəvi xüsusiyyətlərə malikdir. O üz dərisinin rəngini yaxşılaşdırır, qan dövranını artırır, xolesterin səviyyəsini aşağı salır, bağırsaqların fəaliyyətini normaya salır və piyin yandırılması prosesini sürətləndirir.

Darçın şəkəri əvəz edə bilən ən təbii məhsuldur. Odur ki, hər gecə yatmazdan əvvəl ballı və darçınlı su için. Bu qarışığı hazırlamaq çox asandır.

200 ml suyu qaynadın. Suya yarım çay qaşığı darçın əlavə edib 30 dəqiqə gözləyin. Su kifayət qədər soyuduqda ona bir çay qaşığı bal əlavə edin və soyuducuya qoyun. Yatmazdan 30 dəqiqə əvvəl bu faydalı içkidən bir fincan için. Suya qeyd etdiyimiz inqrediyentlərdən başqa heç nə əlavə etməyin! Yadda saxlayın ki, bunu yalnız gecə içdiyiniz halda təsir göstərəcək.

Ballı darçınlı su bütün həzm yolunu təmizləyəcək, orqanizmi parazitlərdən, göbələklərdən və başqa bakteriyalardan xilas edəcək. Təbii ki, daha sağlam olacaqsınız!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png