ONN İnformasiya Agentliyi

“Arıqlamaq üçün içdiyim dərman həyatımı məhv etdi”- ŞOK OLAY

“Arıqlamaq üçün içdiyim dərman həyatımı məhv etdi”- ŞOK OLAY
19 Avqust 2022 - 19:34

1990-cı illərin ən cazibədar modellərindən biri olan Linda Evengelista başına gələnlərdən danışıb.
ONN media xəbər verir ki, model gözəllik üçün içdiyi dərmanın qurbanı olduğunu bildirib. Bütün zamanların ən yaxşı modellərindən biri kimi tarixə düşən Linda “Gündəlik 10 min dollardan aşağı bir iş üçün yataqdan belə qalxmazdım” sözlərini deyib.

Gözəl görünüşünü qorumaq üçün atdığı addım uğursuz alınıb. Model etiraf edib ki, bədəni deformasiyaya uğrayıb.

57 yaşlı Evangelista bir modelin başına gələ biləcək ən pis hadisə ilə üzləşdiyini söyləyərək sözlərinə belə davam edib:

“Çəkimi və fiziki görünüşümü qorumaq üçün yağdonduran içkidən sonra bədənim öz təbirincə deformasiyaya uğradı və bunu düzəltmək mümkün olmadı. Uzun müddət kameralardan uzaq oldum.İçkinin reklamları hər yerdə yayılmışdı. Mən də reklamlara aldandım. Orada deyirdilər ki, gözəl qalmaq üçün əməliyyata ehtiyac yoxdur. Guya sehirli eleksir idi. Bədənimin bəzi yerlərində piylər dondu və əriməməyə başladı. Süd vəzim və bədənimin bəzi yerləri şişməyə başladı. Arıqlatmaq istədiyim bölgələrim daha da kökəldi. Zaman keçdikcə bədənimin həmin yerləri hissiyatsız hala düşdü. Arıqlamaq üçün içdiyim bu dərman həyatımı məhv etdi”.

Linda Evangelista gələn ay nəşr olunacaq “Vogue” jurnalının Böyük Britaniyada çap olunan versiyasının qonağı olub./Axşam.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png