ONN İnformasiya Agentliyi

Azərbaycanda cırtdanboyluların sayı artır – Müalicəsi var – VİDEO

Azərbaycanda cırtdanboyluların sayı artır – Müalicəsi var – VİDEO
31 Yanvar 2018 - 22:17

Cırtdanboyluluq da müalicə ilə aradan qaldırıla bilər. Respublika Endokrinoloji Mərkəzindən verilən maəlumata əsasən, ölkədə 300 nəfərə yaxın cırtdanboylu insan var. Bununla bağlı respublika üzrə 147 kişi və 124 qadın qeydiyyatdadır. Bu kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu maksimum 130, qadınlarda isə 120 sm-dir. Ümumilikdə isə respublikada cırtdanboyluların sayının qeydiyyatda olanlardan 2 dəfə çox olduğu güman edilir. Mərkəzdən verilən məlumata görə, qısaboyluluqla bağlı regionlarda vəziyyət daha acınacaqlıdır. Tam dəqiq statistika olmasa da, Zaqatala, Balakən, Masallı və Lənkəran rayonlarında cırtdanboylu insanların sayının çox olduğu müşahidə edilir. Mütəxəssislər isə deyirlər ki, müalicə ilə boyu artırmaq və lazımi nəticəyə nail olmaq mümkündür.

Endokrinoloq Səriyyə Ağayeva deyir ki, cırtdanboyluluğu 1 yaşdan etibarən müəyyən etmək olur. Müalicəyə də nə qədər tez başlanılsa, effektivlik bir o qədər yüksək olur. Müalicə ilə boyu 150-160 santimetrə çatdırmaq mümkündür. Ölkədə bu istiqamətdə müalicə alan və normal boya malik olan insanlar da var.

Vaxtında müalicə alan şəxslər işləyərək gələcəkdə özlərini təmin edə, eyni zamanda cəmiyyətdən təcrid olunmadan həyatlarına davam edə bilir. /xezerxeber.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png