ONN İnformasiya Agentliyi

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
01 Sentyabr 2022 - 21:21

Bakıda son günlər rotavirus infeksiyası yayılıb. Əsasən yetkin yaşda insanlar arasında yayılan bu virus uşaqlarda da özünü biruzə verir. Çox zaman isə bunu koronavirusun əlamətləri ilə səhv salırlar.

Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu məsələ aktuallığını daha da artırır.

Hazırda uşaqlar arasında sağlamlıq baxımından vəziyyət necədir?

Bu və digər məsələlərə aydınlıq gətirmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.

Uzman doktor bildirdi ki, rotavirus mövsümi xarakter daşıyan xəstəlikdir.

“Mədə-bağırsaq sistemini tutan viruslar qrupuna aiddir. Xüsusilə bu yaz-payız aylarında artım izləyirik. Əsasən ishal və qusma əlamətləri ilə özünü göstərir. Yüksək hərarət də müşahidə olunur”, – deyə Azər Əhmədov bildirib.

Həkim deyir ki, yüksək hərarət əsasən 3 gün davam edərsə, bu o qədər qorxulu deyil. Lakin 3 gündən artıq hərarət olarsa, bu zaman mütləq həkim müdaxiləsi olmalıdır. Əks halda vəziyyət gərginləşə bilər.

Azər Əhmədov deyir ki, hazırkı dövrdə koronavirus aktuallığını hələ də saxlamaqdadır. Bu səbəbdən də, koronavirusa yoluxmamaq üçün xüsusi diqqətli davranmaq lazımdır.

“Dünən 2 xəstədə koronavirus testi pozitiv çıxdı. Kovid hələ də bitməyib. Əsasən də xəstə uşağın valideynləri diqqətli olmalıdır. Birinci növbədə burada təmas önəmlidir. Qrip olan uşağı məktəbə göndərmək olmaz. Əgər ailə üzvlərindən biri xəstədirsə, uşağı həmin şəxsdən uzaq tutmaq lazımdır.

Qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Əllər tez-tez yuyulmalı, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır. Virus infeksiyalarında antibiotiklərdən çox istifadə etmək məsləhət deyil.

Düzgün qidalanmaq çox lazımdır. Bu, orqanizmin müqavimətini artırmaq üçün çox önəmlidir. Daha vacibi isə çoxlu maye qəbul etməkdir”. Baku.ws

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png