B vitamini az olarsa nə olar?

B vitamininin səviyyəsini yoxlamaq bir çoxlarının ağlından keçmir və asan da deyil. Çünki onu xroniki stress, gərginlik, fiziki yorğunluq, emosional durumla səhv salırlar. Orqanizmdə bu vitamin tədricən, yavaş-yavaş enir, hətta illərlə simptomlarını hiss etdirmir, insan defisiti ayrı səbəblərə yozur, problem o vaxt üzə çıxır ki, xəstə qəfildən huşunu itirir, bayılır, yerə yıxılır və travma alır. Daha ciddi patologiyalarla bir də gözünü açır ki, xəstəxanadadır.

ONN media Medicina.az-a istinadən B 12 vitaminin orqanizmdə rolu, defisitinin səbəblərini və xilas yollarını təqdim edir.

B 12 sinir sistemi, DNT və PHK-nın formalaşmasında əsas rol oynayır. Sinir hüceyrələrini əsas vitaminidir. İnsanın əhvalından tutmuş həzminə kimi tənzimləyir.

Defisitin ilkin əlamətləri:

– Hədsiz yorğunluq, halsızlıq

– Təngnəfəslik

– Əzələ zəifliyi

– Yaddaşın pozulması, nitqin gecikməsi

– Əl-ayaqlarda keyimə

Bundan əlavə, bu vitaminin çatışmazlığı digər xəstəlikləri yaradır və ya kəskinləşdirir:

– Ürək-damar xəstəlikləri, tutmaları

– Depressiya, nevroz

– Təşviş pozuntusu

– Alsgeymer xəstəliyi

– Autizm

– Psixi, nevroloji defektlər

Müalicəsi:

Yaxşı ki, B 12 vitamini defisiti geri dönən, həll olunan vəziyyətdir, müxtəlif dərmanlar, qida əlavələri və vitaminin özünü qəbul etməklə, qısa müddətdə qaldırmaq olar.

Ən yaxşı üsul damcı, inyeksiya, tablet formasında nutrient – B 12 qəbul etməkdir.
Lakin bu dərman və BAD-ları mütləq həkim müəyyən analizlərdən sonra təyin etməlidir.

Səbəblər:

Birinci səbəb – vegetarian sayağı qidalanma, pəhriz, yəni ətdən, yağdan uzaq olmaqdır

Çünki B 12 heyvan mənşəli qidalardan və yağlarından qida ilə daxil olur.

Ona görə ət yeməyən vegeterian insanlar kütlədə zəif, arıq, bənizləri ağarmış olmaları ilə seçilir.

– Yaşlanma – getdikcə orqanizm B 12-ni qidalardan mənimsəyə bilmir, ona görə əzələ tonusu azalır, yaddaş zəifləyir. Ona görə Avropa ölkələrində 55 yaşından sonra qadın və kişilərə B 12 preparatları yazılır

– Alkoqol, spirtli içki – Bir insan hər gün 50-100 qr içki içirsə, bu kifayətdir ki, qanda B 12 azalsın.

– Mədə turşuluğunu azaldan dərmanlar – mədə yanğısı, qıcqırma, mədə xorasından əziyyət çəkənlərə xüsusi turşuluq əleyhinə dərmanlar yazılır. Bu dərmanlar kobalt tərkibli bioloji aktiv maddələrin sovrulmasına mane olur və B 12 defisiti yaradır.

Elmi araşdırmalar sübut edib ki, mədə reflüksündən əziyyət çəkənlər və müxtəlif mədə dərmanları qəbul edənlərdə B 12 defisiti olur.

– Diabet, Haşimoto, sistem qurdeşənəyi xəstəliklərində də orqanizm qidadan B 12 ala bilmir