ONN MEDİA

Bayramda necə qidalanmalıyıq? – TÖVSİYƏ

Bayramda necə qidalanmalıyıq? – TÖVSİYƏ
07 Avqust 2019 - 16:14
İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı yaxınlaşır. 3 günlük bayramda qidalanmaya xüsusi ilə fikir vermək lazımdır.
ONN media xəbər verir ki, mütəxəsislərin sözlərinə görə ifrat dərəcə və qeyri-sağlam formada bəslənmək özü ilə bərabər sağlamlıq problemləri də gətirir. Təzə kəsilmiş ət özünü tutması və asan həzm olunması üçün 1-2 gecə soyuducuda saxlanılmalıdır. Heyvan kəsildikdən sonra hazırlanan ət yeməyinin həzm edilməsi çox çətin olur. Ət sərt olduğuna görə də, uzun müddət bişirilir. Bu zaman da ətin keyfiyyəti itir.
Qurban bayramı ərəfəsində qırmızı ət istehlakı çoxalır. Ona görə də, ürək-damar, diyabet, hipertoniya xəstələri xüsusi ilə diqqət etməlidir. Əks halda sağlamlıqları risk altındadır. Kəsilən heyvanın ətini tez istehlak etməyin. Çalışın yağsız ət qəbul edin. Təzə ət bişirmək istəsəniz mütləq yağsız bişirin. Kabab etməkdən uzaq durun. Sobada bişirməyə üstünlük verin. Əti yeyərkən mütləq yaxşıca çeynəyin ki, həzmi asan olsun.
Ət yedikdə yanında mütləq səbzə də olsun. Qovurma edib saxlamısınızsa, günorta yeməyə çalışın. Çalışın əlavə yağ istifadə etməyin, öz yağında bişirin. Hazırladığınız yeməyi səbzələrlə bişirsəniz daha faydalı olar. Çünkü səbzələrdə olan c vitamini, ətdə olan dəmir, sink və maqneziumun asan əmilməsini təmin edir. Qazlı içkilər əvəzinə ayran və ya qatıq içilməlidir.
Axşam yeməyində isə ət əvəzinə tərəvəzlər, göyərtilər qəbul edin. Həmçinin paxlalı bitkilərdən də istehlak edin.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png