Boyun YIRTIĞInın əlamətləri və müalicəsi

Boyun yırtığı hər iki boyun fəqərəsi arasında yastıq rolu oynayan disk toxumasının onurğa beyin və qola gedən sinirlərə doğru daşmasıdır.

Təzyiqin böyüklüyü və təsirinə görə boyun və qol ağrısı, qol əzələlərində qüvvət itkisi, əllərdə hiss qüsuru, uyuşma və iş görə bilməmək yarana bilər. Əgər onurğa beyinə tərəf təzyiq olursa yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik və sidiyə getmədə şikayətlər də görülə bilər. Yaşın artması və onurğadan düzgün istifadə etməməklə əlaqəli sümük toxumasında, bağlarda və disklərdə dağılmalar başlayır.

Elastika formalı disk sərtləşir, ağırlığı əmmə funksiyasını və elastikliyini itirir. Sümüyün Ca (kalsium) tərkibi azalır. Orqanizmin təbii reaksiyası baş verir və bu dağılmış toxumalar kirəcləşir.

Yaranan yeni sümük çıxıntılar, daşlaşmış bağlar və daralmış disk məsafələri sinirlərə təzyiq göstərərək boyun, qol və ümumi vücudun ağrımasına səbəb ola bilər.

Onurğa beyninə təzyiq edərək əl və ayaqlarda uyuşma, qüvvətsizlik yarada bilər. Hökmən müalicə edilməlidir!!

Boyun yırtığı ağrısının xüsusiyyətləri

Boyun yırtığı olan xəstələrin çoxunda görünən bir travma və ya stress olmadan, səhərlər oyandığında ağrı olduğu üçün boyun hərkətliliyində məhdudiyyətlər olur.

Boyun yırtığı olanlarda boyunun ön-arxa hərəkətində arxaya doğru hərəkətdə gərilmə və ağrının artması müşahidə olunur.

Xəstələr qollarını qaldırıb başlarının arxasına yerləşdirdikdə adətən ağrıda yüngülləşmə olur.

Bunlardan əlavə sinir təzyiqini təsdiqləmək üçün bir neçə testlər var. Bunları müayinə zamanı həkiminiz edəcəkdir.

Boyun və çiyin bölgəsində olan və qollara yayılan hər ağrı, hər narahatlıq şübhəsiz boyun yırtığı demək deyildir! Ona görə yuxarıda qeyd olunan şikayətləri olan xəstənin mütəxxəsisə müraciət etməsi lazımdır. Çünki müayinə zamanı olan əlamətlər həm diaqnostikada, həmdə müalicədə çox vacibdir. Lazım olarsa həkiminiz KT və ya MRT istəyə bilər.

Boyun yırtığında ciddi nevroloji defisiti olmayan xəstələrin 95%-də cərrahiyyə tətbiq olunmadan yaxşılaşma müşahidə olunur. Bu müalicə dövründə bəzi fizioterapiya metodları çox effektlidir. Yaxşılaşma müşahidə olunmayanlar və ya digər müalicə üsullarından sonra da nevroloji pozğunluğun artması müşahidə olunduğunda cərrahi müalicə lazımdır.

Kimlərə boyun nahiyyəsində cərrahi müalicə tətbiq olunur

– Onurğada şişi və ya absesi olanlara

– Yerimə çətinliyi, əldə işgörmə qabiliyyətinin itməsi olar dar kanal xəstələrinə

– İrəliləyən əzələ gücü itkisi, duyğu qüsuru və refleks itkisi olacaq şəkildə qol sinirlərinə və onurğa beyninə təzyiq edən boyun yırtıqları zamanl

– Müalicəyə baxmayaraq şikayətləri 4-6 həftə davam edərsə

– Onurğada qırıq və onurğa sürüşməsi olarsa

– Ciddi onurğa beyin və sinir təzyiqi olanlarda

Əlbətdə ki, müalicənin növünü sizin vəziyyətinizdən asılı olaraq doktorunuz seçir!

Vaxtında qoyulan diaqnoz və edilən müalicə həyat qurtarır!