ONN İnformasiya Agentliyi

Boyundakı qırışların qarşısını necə almaq olar?

Boyundakı qırışların qarşısını necə almaq olar?
19 İyul 2022 - 10:43

Boyundakı qırışların sayı “Veneranın üzükləri” də adlanır. Bu, dərialtı piy qatının qalınlığından, dərinin elastikliyindən, duruşundan və hərəkətliliyindən asılıdır.

ONN media xəbər verir ki, bu barədə “Doktor Piter” nəşrinə plastik cərrah Mədinə Bayramukova məlumat verib.

“Qırışların yaranması bir tərəfdən, fərdidir – kimdəsə 25 yaşında, kimdəsə 35 yaşından sonra nəzərə çarpır. Boyunda qırışın əmələ gəlməsinin vacib amilləri arasında siqareti və boyuna lazımi kosmetik qulluq göstərilməməsini qeyd etmək olar. Bundan əlavə, hündür yastıqda yatmaq, uzanaraq kitab oxumaq və qadcetin ekranına baxmaq üçün daim başınızı əymək kimi vərdişləri birlikdə başın vəziyyətinin dəyişməsinə səbəb olur. Əslində, boyunda qırışların yaranmasına əsas səbəb daim irəli gərilmə vəziyyətimizdir. Bu cür qırışların yaranma riskini azaltmaq üçün gimnastika, gündəlik dəriyə qulluq etmək və duruşunuzu izləmək vacibdir”, – həkim qeyd edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png