Bu ədviyyat damarları təmizləyir

Zəfəran damarları tıxayan pis xolesterini 2 dəfə azaldır.

ONN media xəbər verir ki, həkim İqor Strokov zəfəranın ürək-damara sübut olunmuş faydasını açıqlayıb.”Rasionda müntəzəm zəfəran istifadəsi ürək-damar xəstəliklərinə səbəb olan damar tutulması və iltihabının qarşısını alır.
Tibbi araşdırmalar göstərib ki, cəmi 3 həftəlik istifadədən sonra zəfəran pis xolesterini və damar yağlılığını 2 dəfə azaldıb.
Siçanlar üzərində təcrübədə hər kq çəkiyə 40 mq zəfəran qəbul edənlərdə lipid və xolesterinin 50% düşdüyü sübut olunub.
Zəfəran ekstraktı orlistat və metformin kimi dərmanlarla eyni effekti göstərir”.
Zəfəranların ən keyfiyyətlisi Azərbaycanda yetişir
Onun saplarını az miqdarda dəmləmə edib içə də bilərsiz.