ONN İnformasiya Agentliyi

Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir

Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
04 Aprel 2024 - 8:58

Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

ONN media xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.

– Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması – B1, B12 vitamini çatışmazlığı;

– Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi – B6 vitamini çatışmazlığı;

– Qan azlığı – Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;

– Saç və dırnaq problemləri – H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;

– Görmə problemləri – A vitamini çatışmazlığı;

– Sümük ağrıları – D vitamini çatışmazlığı;

Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png