ONN İnformasiya Agentliyi

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Bu 5 amil süd vəzisi xərçəngini yaradır
17 Oktyabr 2019 - 1:20

Rusiya həkimləri süd vəzisi xərçənginin inkişafına təsir edən 5 amili açıqlayıblar.

ONN media xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin saytında bildirilir.

Həkimlər süd vəzisi xərçənginin inkişafının əsas səbəbləri arasında hormonal preparatların qəbulunu, siqaret və alkoqoldan istifadəni, düz günəş şüalarının qəbulu və solyariumdan istifadəni və həmçinin genetik meyli göstəriblər.

Bildirilir ki, əhəmiyyətli amil irsilikdir, əgər meyllik varsa, daha tez-tez yoxlamaq lazımdır.

Həkimlər qeyd edirlər ki, onkoloji xəstəlikləri birinci mərhələdə aşkar etmək əhəmiyyətlidir, çünki bu halda sağalmaq ehtimalı maksimaldır. Mütəxəssislər 30 yaşdan yuxarı bütün qadınlara daim müayinə olunmağı tövsiyə edirlər.

Həkimlərin fikrincə, qadınlar 40 yaşdan sonra iki ildə bir, 50 yaşdan sonra isə hər il mammoqrafiyadan keçməlidirlər.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png