ONN media

Bu tərəvəz prostat xərçənginin qarşısını alır

Bu tərəvəz prostat xərçənginin qarşısını alır
07 Sentyabr 2019 - 18:40

Həftədə ən az 3 dəfə göbələk yemək kişilərdə prostat xərçənginin yaranma riskini aşağı sala bilər.

ONN media xəbər verir ki, bu iddialar Yaponiyada aparılan bir tədqiqat nəticəsində ortaya çıxıb. Araşdırmada yaşları 40 ilə 79 arası olan 36 min 499 kişinin 13 il ərzində səhhəti yoxlanılıb, qidalanma vərdişləri, o cümlədən həyat tərzləri öyrənilib.

Nəticədə, məlum olub ki, həftədə ən az 3 dəfə göbələk yemək prostat xərçənginə yaxalanma riskini azaldır. Qida rasionunda göbələk üstünlük təşkil edənlərin xərçəng riski daha az yeyənlərlə müqayisədə 17 faiz daha aşağıdır.

Xüsusilə dombalan göbələyi cinsi gücü artırır, immuniteti artırır, xalq təbabətində şəkərə faydaları olması haqqında fikirlər var, tərkibindəki zəngin sink prostat hiperplaziyasında faydalıdır.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png