ONN media

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin – FAYDALARI

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin – FAYDALARI
04 Sentyabr 2019 - 4:50

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.

Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.

ONN media  xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.

– Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.

– Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.

– Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.

– Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.

– Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır.

– Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir.

– Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir.

– Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır.

– Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır – spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır.

– Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png