ONN İnformasiya Agentliyi

Bunu arzulayanlar PÜSTƏ yesin

Bunu arzulayanlar PÜSTƏ yesin
08 Dekabr 2019 - 20:22

Püstənin müalicəvi əhəmiyyəti qədim xalqlara məlum idi. Onu heyvan zəhərinə qarşı güclü vasitə hesab ediblər.

Ləpəsi ümumi qüvvətləndirici xassəyə malik olduğu üçün onu ağır xəstəliklərdən sonra yeməyi məsləhət görürdülər.

ONN media Axar.az-a istinadən bildirir ki, gərgin fiziki və elmi əmək zamanı püstə yemək faydalıdır.

Xalq təbabətində püstənin ləpəsi qaraciyər və mədə sancısında, həmçinin qan azlığında işlədilib. Qusma, öskürək və vərəm əleyhinə vasitə kimi istifadə edilib. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, kişiliyi qüvvətləndirir, ürək döyüntüsündə, böyrək zəifliyində, sarılıq və dalaq xəstəliklərində faydalı hesab olunur.

Püstə, badam yeyib üstündən albalı şirəsi içdikdə qanazlığında kömək edir. Kurs 10 gündür. 5-10 gün püstə yemək qaraciyər xəstəliyində faydalıdır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png