ONN İnformasiya Agentliyi

COVID-19 ilə bağlı daha bir MÜJDƏ

COVID-19 ilə bağlı daha bir MÜJDƏ
09 Sentyabr 2020 - 10:33

Cənubi Koreya yeni tip koronavirusun müalicəsində istifadə ediləcək antitel preparatlarının bu ay ərzində kütləvi istehsalına keçməyə hazırlaşır.

ONN media  xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin vitse-prezidenti Kvon Yun-Vuk Səhiyyə Nazirliyinin antitel müalicəsi ilə bağlı dərmanların kliniki testlərini dəyərləndirdiyini, sentyabr ayı ərzində bu dərmanların kütləvi istehsalına başlanılacağını planlaşdırdığını bildirib.

Qeyd edək ki, Cənubi Koreyada bu günədək 21 min 432 nəfər koronavirusa yoluxub. 16 min 636 nəfər sağalıb, 341 nəfər ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png