ONN İnformasiya Agentliyi

COVİD-19 peyvəndi nə zaman hazır olacaq?

COVİD-19 peyvəndi nə zaman hazır olacaq?
30 İyun 2020 - 19:30

Bir peyvəndin hazırlanıb istifadəyə verilməsi uzun prosesdir.

ONN media  xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərə Nəzarət və Profilaktika Şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Bütün araşdırma mərkəzlərində peyvəndin hazırlanması istiqamətində geniş işlər aparılır. Bu gün dünya ölkələrində hansısa peyvəndin istifadəsinə dair məlumatlar yoxdur. Yalnız könüllülər üzərində tapılan peyvəndlər sınanılır. Peyvəndin xeyiri və ziyanı dəyərləndirildikdən sonra onun haqqında danışmaq olar. Peyvəndin təsdiq olunması bu ilin sonuna gözlənilir. Bir neçə ölkədə peyvəndin yoxlanılması aparılır”, – TƏBİB rəsmisi qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png