Dərman vasitələri satışdan çıxarılıb

“Ötən il yerli dövlət orqanları və əhalinin müraciətləri əsasında 11 aptekdə yoxlama aparılıb. Nəticədə 600 qutu dərman vasitəsi satışdan çıxarılıb”.

ONN medianın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.
 
Yoxlamaların konkret faktlar əsasında aparıldığını xatırladan P. Əzizbəyov bildirib ki, apteklərdə yoxlamaların aparılması qanunvericiliklə – ya planlı, ya da plandankənar həyata keçirilir.
 
O qeyd edib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamaların aparılması planlaşdırılır.