ONN İnformasiya Agentliyi

Damarlarımızı açan məhsullar

Damarlarımızı açan məhsullar
03 Oktyabr 2019 - 2:12

İnsan yaşa dolduqca damarların daxilində piyə bənzər maddə (xolesterin) yığılmağa başlayır ki, bu da damarları daraldır, zəif və kövrək edir.

Belə insanlarda damarın tam tutulması və ya partlaması nəticəsində ürək tutması, insult və ya infarktın riski də artır.

ONN media bildirir ki, bəzi qida məhsulları damarları xolesterindən təmizləyir, damarları sağlam və cavan saxlamağa yardım edir. Bu hansı məhsullardır?

– Tamdənli bitkilər (arpa, yulaf yarması, qarabaşaq, kinoa, qəhvəyi düyü və s.)

Onlar faydalı maddələr və qidalı liflərlə zəngindir. Qidalı liflər orqanizmə “süpürgə” kimi təsir edərək orqanizmdən ziyanlı maddələri və o cümlədən artıq xolesterini xaric edir.

– Göyərti (kərəviz, cəfəri, ispanaq, kahı)

Göyərtilər də müxtəlif vitamin, mikro- və makroelementlər və həmçinin qidalı liflərlə zəngindir.

– Yağlı balıq

Balıq və balıq yağı damarlarda iltihabları azaldır və həmçinin orqanizmdə “yaxşı” xolesterinin səviyyəsini artırır. Xolesterin sağlam deyil məhz iltihablaşmış damarlarda yığılır, həmçinin “yaxşı” xolesterinin səviyyəsi yüksələndə “pis” xolesterinin səviyyəsi də azalır.

– Zeytun yağı

Çoxsaylı araşdırmalar göstərib ki, zeytun yağı damarlarımız üçün ən faydalı məhsuldur. Zeytun yağını salatlara əlavə etmək çox faydalıdır.

– İtburnu

İtburnu orqanizmin ən yaxşı “təmizləyicisi”dir.  İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.)

Bundan əlavə itburnu C vitamini ilə zəngindir. C vitamini damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır, damarların partlaması riskini azaldır.  (sağlamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png