ONN İnformasiya Agentliyi

DİQQƏT- Bu məhsulları soyuducuda saxlamayın

DİQQƏT- Bu məhsulları soyuducuda saxlamayın
18 Avqust 2022 - 20:50

Makaron və dənli bitkilərin uzun müddət soyuducuda saxlanması zəhərlənməyə səbəb ola bilər.

ONN media xəbər verir ki, bu sözləri “VM.ru”ya müsahibəsində diyetoloq Yelena Solomatina deyib.

“Bişmiş düyü, makaron, bulqur və digər dənli bitkiləri soyuducuda uzun müddət saxlamaq olmaz. Rütubətli mühitdə patogen mikroorqanizmlər inkişaf etməyə başlayır, məhsul tez xarab olur. Bir-iki gündən sonra belə zəhərlənə bilərsiniz”.

Ekspert əlavə edib ki, pomidor və çörəyi soyuducuya qoymaq məsləhət deyil. Solomatina vurğulayıb ki, çay, qəhvə və müxtəlif otların uzun müddət soyuducuda saxlanılması da təhlükəlidir.

“Ədviyyatlar, quru meyvələr, peçenye və qoz-fındıqları soyuqda saxlamaq olmaz. Eyni zamanda, hazır əriştə və konservləri soyuducuda saxlamaq təhlükəsizdir. Bu məhsullar isti yerdə belə xarab olmurlar”, – dietoloq yekunda qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png