ONN İnformasiya Agentliyi

Dişləriniz haqda təəccüblənəcəyiniz gerçəklər

Dişləriniz haqda təəccüblənəcəyiniz gerçəklər
27 May 2020 - 11:41

Dişlər bədənimizin qidanı həzmə təşviq edən ən vacib hissələrindən biridir.

ONN media xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir hər gün güzgüdə gördüyümüzdən daha sirli bir dünyaya sahib olan dişlərimizlə bağlı bəzi faktları bölüşüb.

Həkim bildirib ki, diş minası insan bədənindəki ən sərt maddədir:

“Təxminən 300 kq yükə qırılmadan müqavimət göstərə bilər. Ancaq yenə də şüşə qabda olan içkilərin qapağını açmaq üçün dişlərdən istifadə etməyi tövsiyə etmirik. Barmaq izinin fərdi olduğunu demək olar ki, hamı bilir. Bu, eynilə dişlərimizə də aiddir. Hər kəsin dişləri barmaq izləri kimi fərqlidir. Hətta əkiz uşaqların dişləri belə bir-birindən seçilir”.

O əlavə edib ki, ağzımız müxtəlif növ canlılara ev sahibliyi edir:

“Ağzımızda 300-dən çox növ bakteriya yaşayır”.

Həkimin sözlərinə görə, dişlər körpəlikdə 6-cı aydan etibarən çıxmağa başlayır: “Ancaq bununla belə ana bətnində formalaşdığını qeyd etməliyik”.

P.Kökdemir son olaraq vurğulayıb ki, atalarımız çənənin arxa qismində yerləşən azı dişlərə sahib olub:

“Ancaq ətraf mühitin təsiri və yemək vərdişləri çənə quruluşumuzu da dəyişdirdi. Bu səbəbdən çox insanın ağzında bu dişlər yer almasa da, bəzi şəxslərdə hələ də çıxmağa davam edir. Bundan əlavə, 35 faiz insanda 20 yaş dişinin heç çıxmadığını qeyd etməliyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png