ONN İnformasiya Agentliyi

Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL

Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL
20 May 2020 - 19:23

London İmperial Kolleci və Kembric Universitetinin alimləri velosiped idmanını vaxtından əvvəl ölüm riskini azaldan ən təsirli yol adlandırıb.

ONN media   xəbər verir ki, tədqiqatın nəticələri “Medical Xpress”də yayımlanan press-relizdə açıqlanıb. Mütəxəssislər 1991-ci ildən 2016-cı ilə qədər 300 min insanın sağlamlıq vəziyyətini və həyat tərzini izləyib. Məlum olub ki, avtomobil istifadə edənlərə nisbətən velosipedlə işə gedənlərdə erkən ölüm nisbəti 20 faiz, ürək-damar xəstəliklərindən ölüm halları isə 24 faiz azdır. Xərçəngdən ölüm 16 faiz, xərçəng diaqnozu qoyulan xəstələrin sayında isə 11 faiz azalma müşahidə olunub.

Maraqlıdır ki, piyada gəzinti velosiped sürməkdən az effektli olub. Piyadalarda xərçəng xəstəliyinə tutulanların sayı yeddi faiz az olub, ancaq gəzinti ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə etibarlı şəkildə müəyyən edilə bilməyib.

Tədqiqatçılar qatar sərnişinləri arasında da ölüm hallarının azalmasını müşahidə edib. Bu qrupda vaxtından əvvəl ölüm riski 10 faiz, ürək-damar xəstəliklərindən ölüm 20 faiz, xərçəng xəstələrinin sayı 12 faiz azalıb. Bunun səbəbi insanların dəmir yolu stansiyalarına piyada getmələri və hesablanmamış amillərə daha az meyl göstərmələri ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png