ONN İnformasiya Agentliyi

Gilas və albalının insana hansı xeyri var?

Gilas və albalının insana hansı xeyri var?
01 İyul 2022 - 8:35

Gilas və albalı yuxuya daha sürətli getməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və müddətini artırmağa kömək edir.

ONN media xəbər verir ki, bu barədə rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinsburq danışıb.

O, bunu hər iki giləmeyvənin tərkibində olan melatoninlə əlaqələndirib.

“Bu, həmçinin bədəndə serotonin və melatoninin xəbərçisi olan triptofan amin turşusu ilə də əlaqədardır”, – deyə Qinsburq əlavə edib.

Həkimin sözlərinə görə, gilas və albalı yemək iltihabın ümumi təzahürlərindən qoruyur, insan gəncliyini, enerjisini daha uzun müddət saxlayır, beyin fəaliyyəti yaxşılaşır. Bundan əlavə, bu meyvələr ürəyə, qan damarlarına, oynaqlara müsbət təsir göstərir, həmçinin onkoloji xəstəliklərin qarşısının alınması vasitəsi ola bilər. Bu məhsullar vitamin və minerallarla zəngindir, məsələn, onların tərkibində çoxlu “B” vitamini və maqnezium var.

Faydalı xüsusiyyətlərə baxmayaraq, həkim bir dəfəyə 300-400 qramdan çox gilas və ya albalı yeməməyi tövsiyə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png