ONN İnformasiya Agentliyi

Göz klinikasında həkim xəstəni döyüb?- RƏSMİ

Göz klinikasında həkim xəstəni döyüb?- RƏSMİ
18 Yanvar 2020 - 12:31

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

ONN media xəbər verir ki, Səhiyyə Nazirliyindən axar.az-a daxil olan açıqlamada deyilir:

“Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.

Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, Bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png