Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN

Tarixi 4 min il əvvələ söykənən tuş istifadəsi günümüzdə də qadınların əvəzolunmaz kosmetik materialı kimi istifadə edilməyə davam edir.
ONN media xəbər verir ki, türkiyəli mütəxəssislər bir çox qadının makiyaj çantasında əhəmiyyətli yer tutan tuşun olduqca zərərli olduğunu deyir.
Dermatoloqlara görə, tuşun tez-tez istifadə edilməsi kipriklərin tökülməsinə səbəb olur və bir çox hallarda “demodeks” adı verilən dərialtı gənələrin yaranmasına səbəb olur.