ONN İnformasiya Agentliyi

İşdəki stressdən necə azad olaq?

İşdəki stressdən necə azad olaq?
23 Fevral 2021 - 20:34

İş həyatında daha çox zehni fəaliyyətlə məşğul olanlar “ağ yaxalılar” adlanırlar. Belə insanların günün böyük hissəsi masa arxasında keçir. Bu da onlarda hədsiz stressə, bir çox hallarda isə psixoloji sarsıntıya səbəb olur.

ONN media  iş stressindən qurtulmağın yollarını təqdim edir:

1. İş həyatınıza verdiyiniz əhəmiyyəti, şəxsi həyatınıza da verin. Yaxınlarınızla tez-tez görüşün.
2. Müəyyən hobbi ilə məşğul olun. Bu insanı  stressdən maksimum dərəcədə mühafizə edir.
3. İş vaxtı bitdikdən sonra telefonunuzu söndürün. Belə olmadığı təqdirdə iş və şəxsi həyat qarışır.
4. Təmiz havada xeyli gəzin və idman edin.
5. Yoqa ilə məşğul olun.
6. İstirahət vaxtı çalışın ki, fiziki işlər görəsiniz. O, zaman özünüzü yaxşı hiss edəcəksiniz.
7. Alkoqollu içkilərdən və siqaretdən uzaq durun.
8. Sağlam qidalanmanıza diqqət yetirin.
9. İş vaxtı limitini keçməyin. Çünki, kifayət qədər dincələ bilməsəniz, ertəsi gün yenidən çalışmaq mümkün olmayacaq.
10. Çətin və stressə səbəb olan işləri görməzdən əvvəl kimdənsə kömək istəyin.
11. Sevdiklərinizlə vaxt keçirərkən mobil telefonunuzu söndürün.
12. Yuxunuza və istirahətinizə diqqət yetirin.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png