ONN İnformasiya Agentliyi

Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz

Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz
25 İyul 2019 - 4:52

Alimlər bişmiş kartofu çox faydalı və müalicəvi məhsul hesab edirlər.

Skrenton Universitetinin (ABŞ) alimləri sübut edirlər ki, hər gün bişmiş kartof yeyən insan ürək-damar sistemi xəstəliklərindən qorunmuş olur.

Eksperiment zamanı məlum olub ki, hər gün bişmiş kartof yeyən insanlarda yüksək arterial təzyiq tənzimlənir. Alimlər bu effekti kartofun tərkibində olan bəzi maddələrlə izah edirlər. Bu maddələrin təsiri yüksək təzyiqi salmaq üçün istifadə olunan preparatların təsirinə bənzəyir.

Təzyiqi salmaqdan əlavə bişmiş kartof arıqlamağa da kömək edir.

ONN media bildirir ki, mütəxəssislər kartofda olan faydalı maddələrini saxlamaq üçün tərəvəzi qabıqlı şəkildə suda və ya sobada bişirməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, söhbət bişmiş kartofdan gedir. Əksinə isə qızardılmış kartof çox ziyanlı sayılır.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png