ONN İnformasiya Agentliyi

Keysəriyyə əməliyyatı ilə doğulan körpələri gözləyən təhlükələr

Keysəriyyə əməliyyatı ilə doğulan körpələri gözləyən təhlükələr
25 Sentyabr 2019 - 4:18

Normal doğuş və keysəriyyə əməliyyatı illərdir üstün və mənfi cəhətləri ilə qarşılaşdırılır.

ONN media bildirir ki, tibb dünyasında və qadınlar arasında bu mövzu ilə bağlı fərqli fikirlər möcuddur. Amma aparılan araşdırmalar keysəriyyə əməliyyatı ilə doğulan körpələri böyük bir risk gözlədiyini ortaya çıxarıb. Keysəriyyə yolu ilə doğulan körpələr normal yolla doğulan körpələrdən daha fərqli bir bakteriyaya sahib olurlar. Bu vəziyyət bəzi uşaqların daha zəif immunitet sisteminə sahib olmasına səbəb olur.

Araşdırmalara görə, normal doğuşla doğulan körpələr doğum zamanı analarından və doğum kanalından mikrobiyam adlandırılan və uyğun dozada bakteriyalara sahib olurlar. Keysəriyyə əməliyyatı ilə doğulan körpələrdə isə bu bakteriyalar deyil, zərərli xəstəxana bakteriyaları olur.

Doğum anında alınmayan bu faydalı bakteriyaların yetişkinlik dövründə ortaya çıxan astma, allergiya və şəkər xəstəliyi kimi oto-immün xəstəliklərin əmələ gəlməsinə səbəb olduğu düşünülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png