ONN İnformasiya Agentliyi

Komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”

Komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”
25 Sentyabr 2018 - 13:23

"Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur".

ONN media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 25-də keçirilən iclasında deyib. Ə.Əmiraslanov bildirib ki, bu gün tibbi-texniki imkanlar bütün xəstəlikləri müalicə etməyə imkan verir: "Bəzən insanlar arasında düzgün təbliğat getmir. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalar, avadanlıqlar baxımından geri qalırdıq, ancaq bu gün tibbi müəssisələr bütün müasir texnologiyalar ilə təmin olunub". Ə.Əmiraslanov vurğulayıb ki, elə xəstəliklər var ki, tibb elmi bunun qarşısında acizdir və belə xəstəliklərin sayı çox deyil: "Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png