ONN İnformasiya Agentliyi

Koronadan ölənlərdən virus keçə bilərmi? – Açıqlama

Koronadan ölənlərdən virus keçə bilərmi? – Açıqlama
29 İyul 2020 - 15:24

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölən şəxslərin dəfnlərinin adi qaydada keçirilə bilməsinin mümkün olduğunu hələ bir müddət əvvəl açıqlayıb. ÜST mütəxəssisləri bəyan ediblər ki, bu virusdan dünyasını dəyişənlər öz dinlərinin tələblərinə uyğun olaraq dəfn edilə bilərlər.

Lakin son zamanlar bəzi insanlar tərəfindən COVİD-19 virusundan ölən şəxslərdən sağlam insanlara virusun ötürülə bilməsi ilə bağlı müəyyən narahatlıqlar da ifadə olunur.

ONN media xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Allahverdiyev Trend-ə açıqlamasında COVİD-19 daxil olmaqla, bütün virusların hüceyrə daxili molekulyar parazitlər olduğunu bildirib.

“Onların yaşamaq, çoxalmaq üçün mütləq qaydada canlı hüceyrəyə ehtiyacları var. Bu hüceyrələr nə qədər yaşayırlarsa, viruslar da o qədər yaşaya bilir. Əgər hüceyrənin metabolizmi pozularsa, yaşama şəraiti dəyişərsə, o zaman virusların da ömrü hüceyrə ilə bərabər sona çatmış olur, yəni bu halda onlar çoxala bilmirlər. Bir insan öldükdə isə onun vücudundakı hüceyrələrdə də viruslar olur və onlar müəyyən zaman ərzində orada yaşayırlar. Amma ölən şəxsdə qan dövranı işləmədiyi, tənəffüs sistemi çalışmadığı üçün artıq hüceyrələrin yaşama şəraitləri, metobalizmləri yavaş-yavaş pozulur. Bunlar nəticə etibarəilə də virusların ölümünə yol açmış olur. Ona görə də bir insan öldükdən sonra onların virusu yayma ehtimalı demək olar ki, yox olur. Virusdan ölənlərin dəfni də digər şəxslər üçün olduğu kimi aparıla bilir. Gələcəkdə torpaq vasitəsilə virusa yoluxma ehtimalı demək olar ki, yoxdur. Ancaq ölən şəxsin yuyulması, kəfənlənməsi, dəfni zamanı şəxsin əli meyitdən ifraz olunan mayeyə toxunarsa, o zaman bu, həmin şəxsin virusa yoluxmasına səbəb ola bilər. Bu səbəbdən bu işləri görən şəxslərin əllərində mütləq qaydada əlcək, üzlərində maska olmalıdır. Ümumilikdə isə bunu demək olar ki, COVİD-19 virusu insanlara ölülərdən deyil, bu virusa yoluxan xəstə insanlar tərəfindən yayılır. Ona görə də diqqət etmək lazımdır ki, dəfn mərasimləri az sayda insanların iştirakı və ara məsafəsi saxlanılmaqla təşkil edilsin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png