ONN İnformasiya Agentliyi

Koronavirusla qripi ayırd edən test hazırlanır – Nazirlik hərəkətə keçdi

Koronavirusla qripi ayırd edən test hazırlanır – Nazirlik hərəkətə keçdi
08 Sentyabr 2020 - 14:31

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus pandemiyasının ikinci dalğasının yayılma ehtimalına qarşı hərəkətə keçib.

ONN media xəbər verir ki, mərkəz bu istiqamətdə koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamaq niyyətindədir.

Mərkəzin idarəçisi Ceonq Eun-Kyeonq koronavirusla mövsümi xəstəliklərin ortaq simptomlara malik olduğuna, pandemiya ilə mübarizədə onları bir-birindən ayırd etməyin əhəmiyyətinə toxunub.

Sözügedən testin diaqnoz üçün lazım olan müddəti qısaldacağı da bildirilir.

Test kiti Qida və Dərman Təhlükəsizliyi Nazirliyinin təsdiqini gözləyir. Təsdiqin qrip mövsümündən əvvəl alına biləcəyi vurğulanır.

Qeyd edək ki, koronavirusun ən çox görülən simptomlarından olan qızdırma, öskürək və halsızlıq həm də qripin əlamətləridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png