ONN İnformasiya Agentliyi

Koronavirusu adi qrip və anginadan necə ayırmalı – VİRUSOLOQ İZAH EDİR

Koronavirusu adi qrip və anginadan necə ayırmalı – VİRUSOLOQ İZAH EDİR
28 Mart 2020 - 21:23
Hazırda insanlar təkcə koronavirus yox, qripə də yoluxa bilər. Elə insanları da bu sual düşündürür. Hardan bilim ki, bu qripdir, anginadır, ya korona?
ONN media xəbər verir ki, rusiyalı həkim infeksionist Timur Bessarabın izahını təqdim edir.
“Bakterial infeksiya, məsələn haymorit, angina, boğazda irinli iltihab zamanı yüksək qızdırma olmur. Əgər burunda, boğazda ağrılar, qıcıqlanma varsa, amma qızdırma yoxdursa, bu əksər hallarda bakterial infeksiyadır.
Virus infeksiyaları mütləq yüksək qızdırma ilə keçir və ağrı mərkəzi bir nahiyədə olmur, bütün bədən ağrıya bilir.
Hazırkı pandemiya dövründə isə insanlar istənilən qripə bənzər simptomlarda bu qripdir deyib keçməməlidir, mütləq həkimə müraciət etmək lazımdır”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png