ONN İnformasiya Agentliyi

Məşhur aktrisa koronavirusun fəsadını kamera qarşısında göstərdi

Məşhur aktrisa koronavirusun fəsadını kamera qarşısında göstərdi
11 Avqust 2020 - 15:56

Koronavirus pandemiyasından nəsibini alanlardan biri 47 yaşlı aktrisa Elizza Milano olub.

ONN media  xəbər verir ki, aktrisa COVİD-19 xəstəliyinin bu günə qədər gündəmə gəlməyən fəsadlarından danışıb.

Duşdan çıxaraq kamera qarşısına əyləşən Milano koronavirusa yoluxduqdan sonra saçlarının dəhşətli dərəcədə tökülməsindən danışıb. O, fırça ilə saçlarını daradıqdan sonra tökülən tellərini izləyicilərinə göstərib.

3-cü testdən sonra yoluxma nəticəsinin pozitiv çıxdığını vurğulayan aktrisa aprel ayından bəri müalicə almasına baxmayaraq, hələ də xəstəliyin bəzi simptomlarını daşıdığını bildirib.

Aparılan araşdırmalara əsasən COVİD-19 xəstəliyi saç tökülməsi kimi fəsadlar törədə bilər. Tibbdə “telogen effluvium” adlandırılan saç tökülməsi müvəqqəti problemdir. Bu, xəstəliyə yoluxanların yaşadığı fiziki və ya psixoloji stress, koronavirusun yol açdığı yüksək temperature nəticəsində də əmələ gələ bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png