Malyariya peyvəndi kimlərə vurulacaq?

Qərbi Afrika ölkəsi Qana Oksford Universiteti tərəfindən hazırlanmış yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə oldu.

Qana Qida və Dərman İdarəsi (FDA) tərəfindən verilən açıqlamada bildirilir: “FDA Oksford Universiteti tərəfindən hazırlanmış R21 malyariya peyvəndi ilə bağlı son sınaq məlumatlarını qiymətləndirib. Bu yeni peyvəndi təsdiqləyən ilk ölkə olan Qanada peyvənd 5 aylıqdan 3 yaşa qədər olan uşaqlara vurulacaq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu peyvəndi təsdiq etməyi düşünür. Oksford komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-ün təsdiq meyarları yerinə yetirilib.

Heç bir yan təsir göstərməyən R21 peyvəndi yüksək doza qəbul edənlərdə 2 il ərzində 80, aşağı dozada isə 70 faiz qorunma təmin edir”.

Məlumat üçün bildirək ki, parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir. Qitədə hər il orta hesabla 500 min adam malyariya səbəbindən ölür ki, onların yarısı uşaqlardır