ONN İnformasiya Agentliyi

Müalicəvi otlar orqanizmə ziyan vura bilir – DİQQƏT!

Müalicəvi otlar orqanizmə ziyan vura bilir – DİQQƏT!
19 Fevral 2020 - 3:21

El arasında müalicəvi otlar müxtəlif məqsədlərlə istifadə olunur. Dərmanlardan fərqli olaraq onlar “ziyansız” sayılır.

Bu səbəbdən insanlar otlardan istifadə etdikdən əvvə adətən həkimlə məsləhətləşmir. Lakin bu böyük səhvdir.

İlk növbdədə qeyd etmək lazımdır ki, ciddi xroniki böyrək, qaraciyər xəstəlikləri zamanı bir çox otları qəbul etmək olmaz. Bu xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

ONN media bildirir ki, çobanyastığı ən tez-tez istifadə olunan müalicəvi otlardan birirdir. Çobanyastığı antiseptik təsir edir, sakitləşdirir, spazmaları azaldır. Lakin çobanyastığı hamilə, uşaq əmizdirən və güclü menstruasiya qanaxmalarından əziyyət çəkən qadınlara ziyan vura bilər.

Həmçinin çobanyastığı dəmirin sovrulmasını ləngidir və müntəzəm qəbulu zamanı qanazlığının inkişafına səbəb ola bilər.

Nanənin tez-tez qəbulu bronxial astma və bradikardiyadan əziyyət çəkənlər üçün ziyanlıdır. Həmçinin bu kişilərdə ereksiyanın pozulmasına səbəb ola bilər.

Yovşan ən faydalı müalicəvi otlardan biri sayılır. Yovşan ağrıları azaldır, həzmi yaxşılaşdırır, xərçəng əleyhinə təsir edir. Lakin yovşanın tez-tez qəbulu qarabasma, nevroloji tutmalara və s. pozulmalara səbəb ola bilər.

Kəklikotu xalq təbabətində çox geniş istifadə olunur. Kəklikotunun köməyi ilə soyuqdəymədən tutmuş, qadın və böyrək problemlərinə qədər bir çox xəstəlikləri müalicə edirlər. Lakin kəklikotunun daim qəbulu başgicəllənməsi, baş ağrıları, mədə-bağırsaq pozulmalarına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq istənilən hətta ən faydalı otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png