ONN İnformasiya Agentliyi

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər nələrdir?

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər nələrdir?
27 Yanvar 2020 - 3:14

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər 10 insandan 8-i dəmir çatışmazlığından əziyyət çəkir.

Dəmir çatışmazlığı çox ciddi pozulmadır. Dəmir insan həyatı üçün ən vacib maddə olan oksigenin orqanizm boyu daşınması prosesində iştirak edir və bu proses pozulduqda bütün orqan və sistemlər zərər görür.

Bir çox hallarda insanlar bilmir ki, onların orqanizmində bu vacib maddənin defisiti var. ONN media sağlamolun.az -a istinadən bildirir ki, əksər hallarda dəmir defisitindən cavan və orta yaşlı qadınlar əziyət çəkir.

Mütəxəssislər dəmir çatışmazlığına işarə edən gizli simptomları sadalayıb:

  • İnsan təbaşir, gil, buz, torpaq və s. kimi qeyri-adi “məhsulları” yemək istəyir
  • Əsəbilik, streslərə davamsızlıq, depressiyaya meyllilik, panika, əhvalın tez-tez dəyişilməsi, “kapriz”lik
  • Keçməyən yorğunluq
  • Nəfəsalmanın pozulması, təngənəfəslik, ürək döyünməsinin artması
  • Narahat ayaqlar sindromu
  • Baş ağrıları və başgicəllənməsi
  • Saç və dərinin quruluğu
  • Dırnaqların ovulması

Sizdə bu simptomlardan bir neçəsi varsa, həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçin.

Dəmir çatışmazlığı aşkar olunduqda həkim xüsusi müalicə təyin edə bilər. Əgər defisit çox deyilsə qidalanmada müəyyən dəyişikliklər etməklə bu defisiti aradan qaldırmaq mümkündür.

Qidalanmamızda dəmirin əsas mənbələri ət və qaraciyərdir. Heç bir tərəvəz, meyvə və həmçinin onların şirələri orqanizmə lazım olan miqdarda dəmir verə bilməz. Həmçinin bilmək lazımdır ki, C vitamini, mis və marqan dəmirin mənimsənilməsini yaxşılaşdırır, kalsium isə əksinə bu prosesə mane olur. Məhz bu səbəbdən mütəxəssislər ət yeməklərini qatıq, xama, ayranla birlikdə yeməyi tövsiyə etmirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png