ONN İnformasiya Agentliyi

Orqanizmi cavanlaşdıran məlhəm

Orqanizmi cavanlaşdıran məlhəm
06 İyun 2020 - 18:56

Orqanizmin cavan qalması immunitetin güclü olması, sağlamlıq, xəstəliklərdən sığortalanmaq deməkdir. Bunun üçün daim sağlam qidalanmalı, səhhətinizin qayğısına qalmalısınız.

Axşam.az xəbər verir ki, ev şəraitində hazırlaya biləcəyiniz bir çox məlhəmlər var. Onlar sizi xəstəliklərdən qoruya, immunitetinizi gücləndirə bilər.

Orqanizmi cavanlaşdıracaq məlhəm üçün aşağıdakılar lazımdır:

Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumurcuğu və boymadərəndən 100 qr. götürüb, qarışdırıb, bir bankaya tökün. 1 çay qaşığı qarışıqdan götürüb, 1 stəkan qaynar suya töküb, su vannasında 15 dəqiqə saxlayın. Gündə 1 dəfə bu məlhəmi içmək lazımdır. Müalicə qarışıq qurtarana qədər davam etdirilməlidir. 1-2 il aradan sonra müalicəni yenidən davam etdirmək olar.

Sadalanan otlar apteklərdə satılır.     

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png