Öskürəyə çarə çaylar

ONN media öskürəyinizə çarə olacaq vasitələri sizlərə təqdim edir

Heyva çayı

 

 

 

Heyva, qış aylarının əvəz edilməz meyvələrindən biridir. Öksürəyin azalmasına və boğazın yumşalmasına kömək edir. 

Hazırlanması:

Heyva qabığı

Almaq qabığı

İhlamur çiçəkləri

3 adət kakule

3 ədəd heyva çəyirdəyi 

Bütün tərkibi qaynadılmış suda ağzı bağlı olaraq 10-15 dəqiqə dəmlənir. Çəyirdəklər sayəsində xəfif çəhrayi rəng alacaqdır. Səhər, günorta və gecə yatmadan 40 dəqiqə əvvəl bir fincan içilməlidir. 

 

 

Qara bibər çayı

 

 

 

Bu çay, öskürəyi kəsməsi, boğaz ağrısını və sancılı öskürək yaşayan insanların seçdiyi bir çaydır. Qara bibər bəlğəm axışını hərəkətə keçirir. Bal qatılanda isə öskürəyi tamamilə kəsir. 

Hazırlanması:

1 çay qaşığı təzə çəkilmiş qarabibər, 2 yemək qaşığı bal bir fincanda qarışdırılır. Üzərinə qaynar su tökülür. 15 dəqiqə dəmləndikdən sonra süzülür və içməyə hazır hala gəlir.