ONN media

Pendirin möcüzəvi FAYDALARI

Pendirin möcüzəvi FAYDALARI
22 Oktyabr 2019 - 2:07

Sağlam olmaq istəyən insanın menyusunda pendir yer almalıdır. Həftənin heç olmasa 4 günü pendirin müxtəlif növlərindən dadmaq lazımdır.Bəs pendir hansı faydalı xüsusiyyətlərinə görə, əvəzolunmaz qida hesab edilir?

ONN media medicina.az-a istinadən xəbər verir ki, elm adamları pendirin içərisində olan “feniletilamin” adlı maddənin qan dövranını sürətləndirdiyini və qanda qlükoza səviyyəsini yüksəltdiyini bildirirlər.

-Pendir saçları gücləndirir, saç tökülməsinin qarşısını alır.

-Yaddaşı möhkəmləndirir, diqqəti artırır. Zəkanı qüvvətləndirir.

-Görmə qabiliyyətini yaxşılaşdırır, katarakta riskini azaldır.

-Vücudun gündəlik zülal ehtiyacını ödəyə bilir.

-İmmunitet sistemini gücləndirir.

-Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmaları məhv edir, yararlı bakteriyaların yaşamasına şərait yaradır.

-A,B1,B2,B6,B12 vitaminləri, fol turşusu ilə zəngindir.

-Dişləri qoruyur, qadınlarda müşahidə edilən sümük əriməsi probleminin qarşısını alır.

-Uşaqların boyunun daha tez uzanmasını təmin edir.

-Həzm prosesini asanlaşdırır.

Südə qarşı allergiyası olan insanlar belə rahatlıqla pendir yeyə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png