Boğaz ağrısından qurtulmanın ən effektiv vasitəsi

ONN media xəbər verir ki, banan və bal qarışımı boğazı ağrıyanlar üçün ən ideal xalq təbabəti vasitəsidir.
Bu reseptdən həm böyüklər, həm də uşaqlar istifadə edə bilər. Belə ki, kiçik qabgötürün 2 orta yetişmiş bananı qaşıq, ya da çəngəl vasitəsi ilə püre halına salın. Üzərinə 400 ml qaynar su tökün və 30 dəqiqə ərzində kənara qoyun.
Qarışığı otaq temperaturunda soyuyandan sonra, ona 1 xörək qaşığı bal əlavə edin.
Yaxşı qarışdırın və sizin məcun müalicə üçün hazırdır
İstifadə qaydası:
Siz uzun nüddət bu qarışığı saxlaya bilməzsiniz, 3 gün soyuducuda şüşə qabda qala bilər.
Gündə 4 dəfə 1 çay qaşığı bu məcundan qəbul edin.
3-4 gün və ya uzağı 1 həftəyə öskürəkdən tam xilas olacaqsınız.