DİQQƏT- Bu şokoladlar təhlükə saçır

ONN media xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Nəşr bildirir ki, Ştutqart Dövlət Kimya və Baytarlıq İdarəsinin mütəxəssisləri BƏƏ və Türkiyədən gətirilən 8 növ “Dubay şokoladı”nı sınaqdan keçiriblər. Onlardan altısında palma yağının emalı zamanı əmələ gələn və potensial kanserogen olan 3-MCPD-nin təhlükəli səviyyələri aşkarlanıb.
Bundan əlavə, bəzi şokoladlarda digər təhlükəli maddələr aflatoksin və qlisidol tapılıb.
Mütəxəssislər Dubay şokoladı alarkən orjinallığa və keyfiyyətə üstünlük verməyi məsləhət görüblər