"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
"Təmiz" və sağlam qidalanma prinsiplərinə uyğun məhsullara həddindən artıq aludəçilik təhlükəli obsesiyaya çevrilə bilər və nəticədə nevroloji ortoreksiya inkişaf edə bilər.
ONN media xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalında məqalə dərc olunub.
Mütəxəssislər qeyd edirlər ki, qidalanmada ciddi məhdudiyyətlərə dair tövsiyələr çox vaxt peşəkar həkimlərdən deyil, sağlam həyat tərzini təşviq edən "wellness" bloqerlərdən (influencerlərdən) gəlir. Problem o zaman ciddi xarakter alır ki, insanın qida vərdişləri onun özünə qiymətini müəyyən etməyə başlayır və qaydalardan hər hansı kənara çıxma günahkarlıq və narahatlıq hissi yaradır.
Ekspertlər bu cür destruktiv davranışın əlamətləri kimi qidaların "yaxşı" və "pis" kateqoriyalarına bölünməsini, daim qida rasionunun planlaşdırılmasını və "yanlış" yeməklərin ola biləcəyi tədbirlərdən imtinanı göstərirlər.
