Mineral su təzyiq xəstələrinə necə təsir edir?

Mineral su təzyiq xəstələrinə necə təsir edir?
Mineral su natriumla zəngindir və hər kəs onu içə bilməz.
ONN media xəbər verir ki, bu sözləri rusiyalı həkim Andrey Yakuşev bildirib.
O, müsahibəsində natriumla zəngin mineral suyun ödəmə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib:
"Natrium bədənə daxil olduqda, sözün əsl mənasında bütün suyu "çəkmək" qabiliyyətinə malikdir. Hər hansı bir etiologiyalı ödəm sindromu olan insanlara çox miqdarda mineral su içmək tövsiyə edilmir".
Bir sıra xəstəliklər bədənin qan həcmini və hüceyrədənkənar mayeni tənzimləmə sistemini pozur. Natrium istehlakı bu prosesi daha da patoloji hala gətirir və təhlükəli pozğunluqlara səbəb ola bilər.
Buna görə də, natrium tərkibli mineral su aşağıdakı xəstəliklər üçün əks-göstərişdir:
- Hipertoniya
- Xroniki ürək çatışmazlığı
- Böyrək xəstəliyi
- Qaraciyər serrozu
"Belə su sağlam insanlara zərər verməyəcək, lakin digər məhsullar kimi həddindən artıq istifadə edilməməlidir", - həkim qeyd edib.

Geri qayıt