Qrip olanlara 5950 manat veriləcək

ABŞ-da qripə qarşı peyvəndin nə qədər təsirli olduğunu araşdırmaq üçün "Qrip oteli" yaradılır.
Bu oteldə bilərək və istəyərək qripə yoluxmağa razı olan könüllülər qalacaq.
ONN media xarici mediaya istinadən xəbər verir ki, burada qalmaq istəyənlər üçün 3500 dollar (təxminən 5950 manat) ödəniş ediləcəyi bildirilir.
Məlumata görə, bu oteldə qalmaq istəyənlər əvvəlcə qripə qarşı peyvənd ediləcək, daha sonra virusa yoluxdurulacaqlar.