Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru dəyişib.

ONN media xəbər verir ki, Mərkəzin monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev İSİM-in direktoru təyin edilib.

Qeyd edək ki, İSİM-in bundan əvvəlki direktoru Ceyhun Məmmədov bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Geri qayıt