Banan qabığından çox effektli SAÇ MASKALARI

Banan qabığından çox effektli SAÇ MASKALARI

Banan qabıqları müxtəlif vitaminlər və minerallarla zəngindir. Banan qabıqlarından çox effektli saç maskaları hazırlamaq olar. ONN media sizə belə maskaların reseptlərini təqdim edir: - Quru saçlar üçün: 1 bananın qabığı yaxşı yuyulur, blenderdə əzilir, 1 x.q. gənəgərçək yağı və 1 yumurta sarısı əlavə olunur, yaxşı qarışdırılır, saçlara və baş dərisinə çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bağlayın, 1 saatdan sonra başınızı yuyun. - Yağlı saçlar üçün: 1 bananın qabığı + 2 x.q. qatıq + 1 x.q. limon şirəsi. Qabığı blenderdə əzin, qatıq və limon şirəsini əlavə edib qarışdırın.

Geri qayıt